ERMƏNİSTAN YENƏ BMT MƏHKƏMƏSİNƏ ÜZ TUTUR

ERMƏNİSTAN YENƏ BMT MƏHKƏMƏSİNƏ ÜZ TUTUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqələri quraşdırması ilə bağlı gələn həftə Beynəlxalq Ədalət Məhkəməsinə əlavə sübutlar təqdim edəcək.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bunu ER beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

ER beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin sözlərinə görə, AİHM-in qərarından sonra Qarabağda vəziyyət daha da pisləşib: elektrik enerjisi və qazın verilişində fasilələr yaranıb və bu, Ermənistan tərəfini növbəti addımı atmağa və iddia qaldırmağa məcbur edib.

“Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi qərarı çox da gecikdirməyəcək, çünki bizim sorğumuzdan xeyli vaxt keçib, iki ay tezliklə başa çatacaq”, – Kirakosyan bildirib.