Ermənistan XİN nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır – Hikmət Hacıyev

Ermənistan XİN nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Sərsəng su anbarı ilə bağlı fikirlərini Trend-ə şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib: “Ermənistan XİN nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alaraq gülünc doğurur. Göründüyü kimi, onlar Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasətini müdafiə etmək üçün hər hansı ciddi və əsaslı dəlildən məhrumdurlar. Maraqlıdır, bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər? Çox güman ki, yalnız və yalnız Ermənistan xalqını”.