ERMƏNİSTAN XİN MÜAVİNİ MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞDƏN DANIŞDIbackend

ERMƏNİSTAN XİN MÜAVİNİ MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada da Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli formatda görüşəcək.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Haqtanak parkında jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Yəqin ki, siz artıq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin növbəti görüşün Brüsseldə keçiriləcəyi ilə bağlı bəyanatı ilə tanış olmusunuz. Daha sonra görüş üçtərəfli formatda Moskvada davam etdiriləcək”, – Hovhannisyan bildirib.

O, tərəflər arasında aparılan danışıqların intensivliyini təqdirəlayiq hesab edib.

Qeyd edək ki, Avropa Şurası ER baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında mayın 14-də Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəldiyi barədə məlumat yayıb. Qeyd olunur ki, iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) konfransı çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla da görüş keçiriləcək.