Ermənistan XİN-in sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”

Ermənistan XİN-in sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan yenidən Türkiyənin prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: “Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan, eləcə də sədri olduğu Ədalət və İnkişaf Partiyası bu siyasi kampaniyanın qalibi olub.