Ermənistan XİN-dən daşnaklara tərs şapalaq

Ermənistan XİN-dən daşnaklara tərs şapalaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində təmsil olunan daşnakların nümayəndəsi, deputat Kristin Vardanyan bu ölkənin XİN-ə müraciət edərək, “Ermənistanın ərazisinin 29.8 min kv.km olması rəqəmini haradan götürmüsüz” sualını ünvalayıb.

Tribunainfo.az xəbər verir ki, nazirlik buna rəsmi cavab verib.

Belə ki, Ermənistan XİN-i ölkənin ərazisinin 29.8 min kv.km olduğunu bir daha təsdiqləyib. “Ermənistanın ərazisi 29 min 800 kv.km-dir. Bundan artıq əraziyə iddia etmək Ermənistan Respublikası vətəndaşlarını qəsdən çaşdırmaq üçün nəzərdə tutulmuş illüziyadır. Biz real siyasətlə yaşayırıq, illuziyalarla yox”.

Fərda Uğur