Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, Azərbaycan Ermənistana qarşı güc tətbiq edərsə İrəvanın regionda sülhün bərqərar olması səylərinə zərbə vura bilər.
Tribunainfo.az xəbər verir ki, nazir bu barədə İrəvanda keçirilən Ermənistan-Rusiya media forumunun iştirakçıları ilə görüşündə bildirib.
Səfəryan Azərbaycanın Laçın dəhlizinin blokadasına, eləcə də Qarabağda humanitar böhranın aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Səfəryan çıxışında Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə, mövcud tendensiyalara toxunub, həmçinin xarici siyasət sahəsində əməkdaşlığa müvafiq informasiya dəstəyinin vacibliyini qeyd edib.