Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərin qayıdış məsələsi yenidən gündəmə gətirilib. Tribunainfo.az xəbər verir ki, indiyə qədər bu barədə danışmayan Paşinyan hökumətinin rəsmiləri də nağıl danışmağa başlayıblar.
Belə ki, dünən Ermənistan parlamentində vətəndaşlıq haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub. Bununla bağlı çıxış edən Ermənistan DİN başçısının müavini Armen Qazaryan deyib ki, yeni qanunda vətəndaşlıq məsələsinin qısa müddətdə həllini tapmaq üçün düzəlişlər nəzərdə tutulub.
O, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsinə də toxunub. Qazaryan iddia edib ki, Ermənistan vətəndaşlığı almaq Qarabağdan köçmüş ermənilərinin geri dönmə prosesinə heç bir mənfi təsiri yoxdur. O, bunun beynəlxalq qanunlarla tənzimləndiyini desə də, hər hansı tutarlı arqument gətirməyib. Yalnız onu bildirib ki, bu barədə Haqqa Məhkəməsinin qərarı var və bu da geri dönüş prosesinə imkan verir.
P.S. Ermənistan rəsmiləri hələ də nağıllar aləmində yaşayırlar. Əvvəla Qarabağdakı erməniləri heç kim oradan zorla çıxarmayıb. Onlar könüllü və öz istəkləri ilə torpaqlarımızı tərk ediblər. Onların geri dönmə məsələsinin həlli yolunu isə Prezidentin müşaviri Hikmət Hacıyev qısa şəkildə izah edib. “Bu o halda mümkündür ki, Ermənistandan zorakılıqla qovulmuş azərbaycanlılar da öz doğma yurdlarına qayıtsınlar. Bu daha ədalətli həll yoludur”.
Lakin ermənilər heç bir şəkildə bunu qəbul etmirlər. Çünki onları ermənilərin Qarabağa qayıtmasından daha çox, gələcəkdə yenidən fitnəyə əl atmaları maraqlandırır.
Digər tərəfdən, başqa bir ölkənin vətəndaşının Azərbaycanda qalması üçün qanun var. Həmin qanun xarici vətəndaşın Miqrasiya Xidmətində qeydiyyata düşməsi lazımdır. Əgər ermənilər bu varianta razıdırlarsa, buyursunlar.