ERMƏNİSTAN VƏ İRAN BU ÇAYIN ÜZƏRİNDƏ KÖRPÜ TİKİR

ERMƏNİSTAN VƏ İRAN BU ÇAYIN ÜZƏRİNDƏ KÖRPÜ TİKİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və İran Araks çayı üzərində yeni körpünün tikintisi layihəsi üzərində işləyir.

Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar.

Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib.

“Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu zaman işləyən körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq”, – Qaleçyan bildirib”.

Şimal-Cənub magistralının ən cənub hissəsinin – İranla həmsərhəd olan Aqarəkdən Qacaran şəhərinə (32 km) qədər olan hissəsinin tikintisinə gəlincə, Qaleçyan qeyd edib ki, böyük ehtimalla, işlərin aktiv mərhələsi 2024-cü ilin fevralında başlayacaq.