Ermənistanın baş naziri əlavə edib ki, “xüsusilə də onun keçən il Avropa Parlamentindəki çıxışından sonra ölkədə Aİ-yə daxil olmaq imkanları ilə bağlı müzakirələr davam edir”.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas ilə görüşdə Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladığını bəyan edib.
“Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var – viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Ermənistan Respublikasına Avropa Sülh Fondu ilə dəstək verilməsi barədə qərar qəbul edilib və biz bunu yüksək qiymətləndiririk”, – baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə gündəmini genişləndirir. O, əlavə edib ki, “xüsusilə onun ötən il Avropa Parlamentindəki çıxışından sonra ölkədə Aİ-yə daxil olmaq imkanları ilə bağlı müzakirələr davam edir”.
“Bu, sadə məsələ deyil, lakin Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Aİ tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, – o deyib.