Ermənistanda yayınlanan NEWS.am saytı iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, sayt məlumatlı mənbələrə istinadən Ermənistan-Türkiyə sərhəddinin açılacağı barədə xəbər yayıb.
Məlumatda bildirilir ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi tezliklə açılacaq. “Mənbənin sözlərinə görə, keçid məntəqəsinin martın 1-də açılması planlaşdırılır”.
Lakin Ermənistan XİN-i məlumatı təkzib edib və sərhədlərin açılması ilə bağlı hər hansı irəliləyişin olmadığını bildirib.