“Qərb də Ermənistan-Azərbaycan müqaviləsinin tez bir zamanda imzalanmasını, Sünikdən keçən dəhlizin ABŞ-ın nəzarətinə keçməsini istəyirlər”. Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
O qeyd edib ki, həmin müqavilənin Rusiya və Çin tərəfindən də tez zamanda imzalanması istənilir. “Amma onların da tələbi budur ki, həmin dəhlizə özləri nəzarət etsinlər”.
O bildirib ki, Trampın ABŞ-da prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir. “Çünki 2020-ci ildə Azərbaycana müharibə başlamağa imkan verənlərdən biri də Tramp olub”.