Ermənistan Hərbi Hava Qüvvələrinin “İl-76” təyyarəsi Rusiyada qəza vəziyyəti yaradıb.
Ermənistan Hərbi Hava Qüvvələrinin “İl-76” təyyarəsi Rusiyada qəza vəziyyəti yaradıb.
TİA.AZ life.ru saytına istinadən xəbər verir ki, hadisə paytaxt Moskvanın Vnukovo aeroportunun üzərində dünən gecə saatlarında baş verib.
Ermənistan təyyarəsi Samaradan Moskvaya uçan “Boing-737” təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb. Laynerlər təxminən 2 min metr hündürlükdə uçurdu. Aeroportdakı mənbənin sözlərinə görə, təhlükə anında təyyarələr arasındakı məsafə 300 metr idi.