QARABAĞDA SON VƏZİYYƏT: 32 TERRORÇU MƏHV EDİLİB, 200 YARALI…

QARABAĞDA SON VƏZİYYƏT: 32 TERRORÇU MƏHV EDİLİB, 200 YARALI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində məhv edilən erməni hərbçilərinin sayı açıqlanıb. Tribunainfo.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, 32 terrorçu zərərsizləşdirilib, 200-dən çox yaralı var.
Eyni zamanda, Əsgəran kəndlərində yaşayan mülki ermənilərin Xocalıya köçürüldüyü qeyd olunur. Son xəbərə görə, Rusiya sülhməramlı qüvvələri 2000-dən çox dinc sakini təxliyə edib. Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Onlardan 1049-u uşaqdır. Təxliyə edilmiş bütün sakinlər müvəqqəti yaşayış yeri və isti yeməklə təmin olunublar”, – Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Ancaq erməni mediasını açıqladığı rəqəmlər inandırıcı görünmür, antiterror tədbirləri nəticəsində məhv edilən erməni hərbçiləri sayca daha çox olmalıdırlar.