Ermənilər təkcə Ermənistanda deyil, elə xaricdə də nağıllar aləmində yaşayırlar. Tribunainfo.az xəbər verir ki, Qarabağ xəyalları üzərində qurulmuş bu nağıllar bəzi erməniləri ovutmaq, bəzilərinin “başını bişirmək”, bəzilərinin isə “çörək yeri” kimi nəzərdə tutulur.
Levon Ter Petrosyanın rəhbəri olduğu Milli Birlik Hərəkatı son zamanlar bu məsələdə daha aktiv tərəf kimi çıxış edir. Hərəkatın sədr müavini Aram Maukyan deyib ki, guya, “Qarabağ hərəkatının ruhu yenidən qayıda bilər”. Amma özü də etiraf edib ki, hazırda Ermənistan tənəzzül dövründədir. “Bu vəziyyətdən ən minimum itki ilə çıxmalıyıq”.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın yaradılmasının zəruriliyi ilə bağlı bəyanatı məqsədlidir. “Onlar indiyə qədər Azərbaycan tələblərini rədd etdiklərini deyirdilər. Əslində isə alt qatda işlərini görürdülər. Bu gün isə həmin tələblərin yerinə yetirilməsini daxili ehtiyac kimi təqdim edirlər”.
Manukyan hesab edir ki, Paşinyanın mesajı erməni xalqına deyil, Əliyev və Ərdoğana ünvanlanıb. “Bu o deməkdir ki, mən Konstitusiyanı dəyişirəm, görək daha nə tələbləriniz var. Yəni, Cənab Əliyev, cənab Ərdoğan, mən Konstitusiyanı dəyişdirirəm, İstiqlal Bəyannaməsinə istinadı çıxarıram”.