“Sərhəd təhlükəsizliyi komissiyalarının iş reqlamenti təsdiq edildikdən sonra Ermənistanın Azərbaycanla razılaşdırılmış sərhədi olmayacaq. Sadəcə olaraq sərhədin razılaşdırılması prosesi olacaq”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər deputat Armen Rüstəmyana məxsusdur.
Onun sözlərinə görə, bu müddəa ilə razılaşdırılan hər şey olaraq sülh müqaviləsi imzalandıqdan sonra qüvvədən düşə bilər.
Rüstəmyan hesab edir ki, Ermənistan bu gün növbəti tələyə düşüb. “Biz indi yoxlayırıq, sonra məlum olur ki, qeyd olunan hissələr birləşdirilərkən çəkilən sərhəd bizim ərazi bütövlüyümüzü pozur. Sənədi ratifikasiya etdiyimizə görə də, geri çəkilə bilməyəcəyik”.