Ermənistan Suriyaya çevrilə bilər – Qeqamyan

Ermənistan Suriyaya çevrilə bilər – Qeqamyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada baş verənlər Ermənistanda da təkrarlana bilər. Tribunainfo.az xəbər verir ki, erməni ekspert Varujan Qeqamyan bu fikirdədir.


Onun sözlərinə görə, İrəvan indiki məqamda diqqətli olmalıdır.
Qeqamyan ənənəsoinə sadiq olaraq, Azərbaycanı “ittiham” etməkdən də çəkinməyib. “Azərbaycan da eyni şeyi Ermənistanda etmək istəyir. İndi 300 minə yaxın azərbaycanlının Ermənistana qayıtmasından danışırlar. Əgər bunu bacarsalar və Ermənistanın daxilində azərbaycanlı kəndləri olsa, ölkəni içəridən dağılacaq”.
Erməni ekspert hesab edir ki, Türkiyə və Azərbaycanın hərəkətlərini bütün siyasi sahə öyrənməlidir.
Qeqamyan Türkiyənin Zəngəzur dəhlizini güc yolu ilə açağaını da istisna etməyib. “Türkiyənin Zəngəzur dəhlizi hərbi yolla əldə etməyə çalışacağına, demək olar ki, şübhəm yoxdur. Ona görə də biz Türkiyə və Azərbaycanın ekspansionist ambisiyalarına qarşı var gücümüzlə mübarizə aparmalı, o dəhlizdə maraqlı olmayan qonşu dövlətlərimizlə işləməliyik və o ölkə ilk növbədə İrandır”.