Ermənistan sürətlə silahlanmağa başlayıb.
Tribunainfo.az xəbər verir ki, bunu sözügedən ölkənin son bir ildə təkcə iki ölkə ilə bağladığı müqavilələr də təsdiqləyir.
Belə ki, Ermənistan ötən il Hindistanla 1,5 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Bununla paralel olaraq, Fransa ilə də 250 milyon dollar dəyərində müdafiə müqavilələri imzalayıb.
Ermənistanın digər ölkələrdən də silah aldığı və bu istiqamətdə danışıqlar aparması da gizli məsələ deyil. İrəvanın belə sürətlə silahlanması isə onların revanş arzusunda olduğunu göstərməklə yanaşı, davamlı olaraq sülh çağırışları etməsində də riyakarlıq göstərdiyini sübut bedir.
Fərda Uğur