Ermənistan silahlanmanı gücləndirir: yeni təşkilata qoşulacaq

Ermənistan silahlanmanı gücləndirir: yeni təşkilata qoşulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir aktiv şəkildə silahlanmağa başlayan Ermənistan yeni təşəbbüslərlə də çıxış edir. Tribunainfo.az xəbər verir ki, Hindistan və Fransadan aldıqları silahlarla yetinməyən İrəvan, onun əhatə dairəsini genişləndirmək fikrindədir.

Bu ölkənin XİN başçısı Ararat Mirzoyan bəyan edib ki, ölkəsi Silah Ticarəti Müqaviləsinə qoşulmaq istəyirlər. “Biz Silah Ticarəti Müqaviləsinə qoşulmaq imkanını nəzərdən keçiririk”.

Onun sözlərindən anlaşılan budur ki, Ermənistan yenidən sürətli şəkildə silahlanaraq, Azərbaycana qarşı revanşa hazırlaşır. Əks təqdirdə, sülh istəyən bir ölkə və özünü sülhpərvər göstərən bir ölkə niyə daha çox silah almaq barədə düşünməlidir? Niyə yoxsul ermənilərin problemlərini həll etmək yerinə, pulları silahlanmaya xərcləyirlər?