Ermənistan hökuməti dövlət proqramı çərçivəsində Azərbaycanla sərhəddə yerləşən kəndlərdə tikinti işlərini təcili dayandırıb. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Oskan Sarkisyan paylaşıb.
Oskan Sarkisyan yazır ki, hökumət sərhəd kəndlərində dövlət dəstəyi ilə evlərin tikintisi layihəsini vaxtından əvvəl dayandırıb.
O bildirib ki, hökumət bu barədə 22 iyulda verib. “Həmin qərara əsasən həm dövlət proqramı, həm də kredit hesabına tikinti işləri tamamilə dayandırılıb”.
Sarkisyan deyib ki, hökumət addımını tikiti işləri görən şəxslərin yaş həddi və ayrılmış vəsaitin məbləği ilə əlaqələndirib. “Hökumət deyir ki, tikinti işləri aparan şəxsin yaşı 75 ili keçməməlidir. Həmçinin tikintiyə ən azı 21 milyon dram (54 min dollar) xərcləməlidir”.
Lakin erməni jurnalist bu qərarın niyə məhz Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrinə aid olmasının şübhəli məqam olduğunu da vurğulayıb.