Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delmitasiyası haqqında razılaşmaya əsasən hər iki tərəf sərhədlərin mühafizəsi prosesinə start veriblər. Tribunainfo.az xəbər verir ki, bu gün səhərdən etibarən Ermənistan tərəfi Tavuşun Güney kəndi (Kirants) istiqamətində qoşun yerləşdirməyə başlayıb.
Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti Azərbaycanla sərhəddə zastavalar qurmağa start verib. Rəsmi məlumatlara görə, proses təkcə Güney kəndi istiqamətində deyil, həmçini demarkasiya olunmuş digər məntəqlərdə də həyata keçirilir.
“Hraparak” qəzeti isə yazıb ki, bu gün səhər saatlarında Güney kəndində daha üç sütun quraşdırılıb. Onların hər üçü kəndin ortasında yerləşdirilib və bununla da Güney kəndi iki yerə bölünüb.
Həmçinin bu bölgü nəticəsində İrəvandan Tflisə gedən əsas magistral yol da Azərbaycanın nəzarətinə keçib.