ERMƏNİSTAN SƏRHƏDDƏ GƏRGİNLİK YARADIR… “TOQQUŞMA QAÇILMAZDIR”

ERMƏNİSTAN SƏRHƏDDƏ GƏRGİNLİK YARADIR… “TOQQUŞMA QAÇILMAZDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçədə (Geqarkunik) erməni hərbçisi ölüb. Ermənistan tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü iddia edir. Beləliklə, sərhəddə gözənilən gərginliyə başlayırlar. “Hücum edən tərəf” kimi Azərbaycana beynəlxalq təzyiqə nail olmaq istəyirlər.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, BMT TŞ-da nəticə əldə edə bilməsələr də, prosesi davam etdirirlər:

“İrəvanda da anlayırlar ki, Azərbaycana öz ərazisi olan Qarabağ məsələsinə görə təzyiq edilməyəcək, lakin sərhəd toqquşmaları ilə buna nail ola bilərlər. 44 günlük müharibədən sonra Bakıya qarşı təzyiqlər əsasən sərhəd toqquşmalarında edilib, sentyabr döyüşlərində bu xüsusilə hiss olunurdu. Ermənistan eyni ssenari üzrə hərəkət edir və istisna deyil ki, BMT-yə bu dəfə sərhəddə baş verəcək eskalasiya üzərindən çıxmaq, Qarabağla bağlı iddialarını da bunun fonunda irəli sürmək niyyətindədirlər”.