Ermənistan SƏRHƏD boyu Ordumuzu ATƏŞƏ tutur – Ekspertlərdən QAYNAR şərh

Ermənistan SƏRHƏD boyu Ordumuzu ATƏŞƏ tutur – Ekspertlərdən QAYNAR şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhəddə 19 sentyabr anti-terror olayından sonra ilk ciddi insident yaşanır. Bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar. Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb. İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər. Üçüncü ehtimal isə odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir.

Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə çıxış edən politoloq Elxan Şahinoğlunun fikrincə, ikinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu böyük toqquşmaya səbəb ola bilər. Politoloq qeyd edib ki, bu Ermənistan üçün son dərəcə risqli gedişatdır:

“Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə isə bir müddət öncə ABŞ kəşfiyyat Analitik mərkəzlərindən biri Ermənistan və Azərbaycan arasında mümkün müharibə barədə proqnoz vermişdi:

“Bu ilin əvvəlində verilən açıqlama müəyyən kəşfiyyat məlumatlarına əsaslanır. Təbii ki, Ermənistanın silahlanması və Fransanın təhriki ilə Azərbaycana qarşı hərbi təxribatları mümkün ssenaridir. Ermənistan Baş naziri Nikol Paşinyanın sülh açıqlamaları və bu səpkidə verdiyi açıqlamalar, yeni konstitusiyaya ehtiyac olduğunu vurğulaması bu ölkənin müharibədə maraqlı olmadığı təəsüratı formalaşdırır.

Həmçinin N. Paşinyan qeyd edir ki, Azərbaycan və Ermənistanın bir-birinə hücum etməmək və hədələməmək barədə sazişi var. Göründüyü kimi danışıqlar və sazişlər sülh prosesini özündə ehtiva edir. Amma şərti sərhəddə isə Ermənistan hərbi təxribatlarda maraqlıdır. Əgər Ermənistan təxribatları genişləndirsə, bunun ağır bədəlini ödəyəcək. Ermənistanın hərbi təxribatları mümkündür. Bu gün Azərbaycan hərbçisinin Ermənistan tərəfindən yaralanması bunu göstərir”.