“Ermənistan səması yiyəsiz qalıb”

“Ermənistan səması yiyəsiz qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yerli sakinlərə istinadən yazıb ki, ölkənin havadan müdafiə qüvvələri son bir neçə gündə Türkiyə və Azərbaycana məxsus PUA-lar aşkarlayıblar. Tribunainfo.az xəbər verir ki, erməni nəşri Türkiyə və Azərbaycanla sərhəddə belə halların mütəmadi olaraq baş verdiyini iddia edib.

Qəzet yazıb ki, “Son zamanlar Azərbaycan və Türkiyəyə məxsus PUA-lar mütəmadi olaraq Ermənistan ərazisi üzərindən uçuşlar həyata keçirərək, dövlət sərhəddini pozurlar”.

“Hraparak” hərbi mənbələrə də baş vurub. “Hərbi Hava Qüvvələrinin sərhəd üzrə rəsmiləri PUA-ların vurulması ilə bağlı yuxarı dairələrə müraciət etsələr də, buna rədd cavabı verilib”.

Erməni nəşri sonda yazıb: “Ermənistan səması yiyəsiz qalıb. Gələn-gedənə nə baxan var, nə söz deyən”.