Ermənistan Rusiya Federasiyasına Roma Statutunun fəaliyyəti ilə bağlı ikitərəfli saziş imzalamağı təklif edib.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bu barədə sentyabrın 28-də Milli Assambleyada parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti ilə bağlı uzun aylar ərzində rusiyalı həmkarları ilə danışıqlar aparılıb. “Rusiya tərəfinə Roma Statutunun işlədilməsi ilə bağlı ikitərəfli saziş imzalamağa dəvət olunub, ona əsasən, tərəflər bir-birlərinə ən narahatedici məsələlər üzrə zəmanət verməyi öhdələrinə götürürlər”, – Kirakosyan izah edib.
Eyni zamanda, bu təklifin aprel ayında geri göndərildiyini, lakin heç bir cavab alınmadığını vurğulayıb.