ERMƏNİSTAN RƏSMİLƏRİ ÜÇÜN SƏUDİYYƏ ƏRƏBİSTANIN QAPILARI BAĞLIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənə Səudiyyə Ərəbistanını Azərbaycanın müttəfiqi adlandıranda bəzi dostlarım etiraz edir”.  

“Mənə Səudiyyə Ərəbistanını Azərbaycanın müttəfiqi adlandıranda bəzi dostlarım etiraz edir”. 

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində yazıb.

“Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı münaqişədən məsafədə dayanmalıyıq- bunu qəbul edirəm. Ancaq bütün hallarda Səudiyyə Ərəbistanı Qətərdən bizə daha yaxındır. Qətərdən fərqli olaraq, Səuidyyə Ərəbistanının Ermənistanla heç bir əlaqəsi, səfirliyi yoxdur. Ermənistan rəsmiləri üçün Səudiyyə Ərəbistanının qapıları bağlıdır, bunun əvəzinə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 18-də Qətərin paytaxtı Dohaya gedərək qətərli həmkarı ilə görüşüb. Guya Nalbandyan ikitərəli münasibətləri müzakirə etməyə gedib. Bu, inandırıcı deyil. İrəvan bu addımı ilə Səudiyyə Ərəbistanı-Qətər qovğasında ikincinin tərəfində olduğunu açıq işarə verib. İranla dostluğa çalışan Qətərdən bundan artığını gözləmək yersizdir”.

İlahə