“Geqarkunik rayonu minalardan təmizlənir və boşaldılır”.
“Unikal” xəbər verir ki, bu barədə erməni politoloq Armine Adibekyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır: “Qoşunlarımız Çəmbərəkdən (Qırmızıkənd – red.) və Cildən (Göyçə mahalı – red.) çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür, artıq Vardenis bölgəsində kəndlər boşaldılır, yəni əhali öz evlərini tərk etməyə məcbur edilir. İnsanlara nə vəd veriblər bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda, Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Geqarkunikə girəcəklər, Sevanı böləcəklər, oradan Vaikə girəcəklər, sonra Ermənistanı Sünikdən uzaqlaşdıracaqlar”.
Qeyd edək ki, Cil kəndi Göyçə gölünün sahilində yerləşən 5 kənddən biridir.