Ermənistanın keçmiş prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və münaqişənin təcili həll olunması haqda fikirlərini yenidən gündəmə gətirməsi düşmən ölkədə müzakirələrə səbəb olub.
Ermənistanın keçmiş prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və münaqişənin təcili həll olunması haqda fikirlərini yenidən gündəmə gətirməsi düşmən ölkədə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllini təklif edir.
O hesab edir ki, münaqişənin həlli uzandıqca bundan ən çox Ermənistan zərər çəkir. Həll variantı isə “Madrid prinsipləri”dir. Hansı ki, bu prinsiplər rayonların Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını və ən son mərhələdə Qarabağın statusu məsələsinin müzakirə edilməsini nəzərdə tutur.
Ermənistan hakimiyyəti Petrosyanı “xainlikdə” ittiham edir və onun “təslimçi sülh”ə çalışdığını iddia edir. Lakin “lragir” saytının yazdıqları bu kontekstdə diqqət çəkir.
Sayt yazır ki, əslində, bu məsələdə hakimiyyətlə Petrosyan birgə hərəkət edir.
“Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib”, – deyə sayt yazır.
Qeyd edək ki, ötən il baş verən “aprel müharibə”sindən sonra Serj Sarkisyan Levon Ter-Petrosyanın evinə gedərək, onunla vəziyyəti müzakirə etmişdi. Petrosyan bu görüşün ardından Dağlıq Qarabağa gələrək, separatçılarla müzakirələr aparmış və münaqişənin həlli variantları haqda onları məlumatlandırmışdı. Petrosyanın indi münaqişənin həlli ilə bağlı irəli sürdüyü ideya ötən ilki hadisələr fonunda diqqət çəkir. Münaqişənin həlli ilə bağlı onun dediyi fikirlər Rusiyanın təklif etdiyi həll variantı ilə uzlaşır. Hesab etmək olar ki, əsas tapşırıq məhz Rusiyadan gəlir. Sarkisyan prezident olaraq cəmiyyətə ərazilərin qaytarılmasının vaxtının çatdığını deyə bilmədiyi üçün məhz Petrosyanı – erməni siyasətinin ağsaqqalını bu işə cəlb edib.