ERMƏNİSTAN PUTİN “NATO”SUNA MEYDAN OXUYUR: İNANILMAZ QƏRAR…backend

ERMƏNİSTAN PUTİN “NATO”SUNA MEYDAN OXUYUR: İNANILMAZ QƏRAR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina etmək qərarına gəlib.

Tribunainfo.az SputnikArmeniya-ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bu məlumatı təsdiqləyib.

“Bəli, biz KTMT-yə müvafiq təklif təqdim etmişik”, – Hunanyan bildirib.

İdarənin nümayəndəsi qərarın təfərrüatlarını və səbəblərini açıqlamayıb.

Yerevan bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina etmişdi.
Xatırladaq ki, yanvarın əvvəlində baş nazir Nikol Paşinyan Ermənistanın öz ərazisində KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina etdiyini bildirmişdi.
KTMT-yə Rusiya, Ermənistan , Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.