“Yüzlərlə əsaslı fakt var ki, proseslər ölkəni parçalanmağa aparır”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan XİN-in keçmiş baş katibi Vaaqn Melikyan deyib.
O iddia edib ki, erməni xalqının başına yeni bir təhlükə gələcək, lokal savaşlar baş verəcək. “Bu bizim üçün fəalkətə çevrilə bilər”.
Onun sözlərinə görə, Ermənistan hökuməti heç vaxt Zəngəzur dəhlizini yol kimi qəbul etməyib. “Ermənistan hökuməti ilk gündən dəhliz məntiqini müzakirə edir. Yəni, yol yox, dəhliz olacağını deyir”.