“ERMƏNİSTAN ÖZ CƏMİYYƏTİNƏ MƏHƏL QOYMUR” – ZAXAROVA

“ERMƏNİSTAN ÖZ CƏMİYYƏTİNƏ MƏHƏL QOYMUR” – ZAXAROVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda qərarların qəbulu zamanı ictimai rəy nəzərə alınmır. Tribunainfo.az xəbər verir ki, bu barədə Sputnik radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Təkcə bu gün deyil, həm də millətin tarixi kontekstində milli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir.

Onlar (hakimiyyət orqanları) bu qərarları ictimai rəyə arxalanmadan, plebisitin nəticələrinə əsaslanmadan qəbul edirlər”, – Zaxarova ER parlamentinin Roma Statutunun ratifikasiyası ilə bağlı qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistandakı hakimiyyət nümayəndələrinin son hərəkətləri seçkidən əvvəl vəd etdikləri ilə ziddiyyət təşkil edir.