backend

Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, general yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son məlumata görə Ermənistan ordusu Azərbaycanla sərhəddə gedən döyüşlərdə ciddi itki verib. Son məlumata görə Ermənistan ordusu Azərbaycanla sərhəddə gedən döyüşlərdə ciddi itki verib.

Virtualaz.org xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər başlayan döyüşlər zamanı üç hərbçinin-iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi məlumatı hələ şərh etməyib.

* * *11:51

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, bu gün səhər saatlarında Azərbaycanla sərhəddə, Tavuş vilayətinin Çinari kəndi istiqamətində Azərbaycan ordusunun “diversiya həmləsi” qeydə alınıb və döyüş başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın az əvvəl özünün Facebook səhifəsində yazdığına görə döyüş hələ də davam edir, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanla sərhədin həmin istiqamətində xüsusi gərginlik barədə məlumat yaymayıb. Bununla belə nazirliyin atəşkəsin pozulmasına dair bu günə olan xronikasına əsasən düşmən ordusu İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub. Düşmənə qarşı cavab tədbirləri görülüb.

Ermənistan ordusunun Azərbaycanla sərhədin qərb istiqamətinə cavabdeh olan 3-cu ordu korpusunun komandiri, polkovnik Ayk Petrosyan jurnalistlərə bildirib ki, atışmaya baxmayaraq Çinari kəndində situasiya sakitdir, əhali arasında panika yaranmayıb.

Bu arada səhər saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.

Ermənistan KİV-lərinin məlumatına görə general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirdi.