backend

Ermənistan ordusunda siqaret qadağan edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ermənistanda əsgərlərə siqaret və kibritin verilməsi qadağan olunacaq.

TİA.AZ erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin fevralın 23-də keçirilən iclasında müzakirə olunacaq.

Qərarı müdafiə naziri Viqen Sarkisyan təqdim edəcək.

Yeni qərar Ermənistanın 2004-cü ildə ratifikasiya etdiyi Ümumdünya Səhiyyə Təşkilatının siqaretlə mübarizə üzrə çərçivə konvensiyası və Ermənistanın siqaretlə mübarizə üzrə dövlət proqramına uyğun olaraq hazırlanıb.