backend

Ermənistan ordusunda qeyri-döyüş şəraitində 2000 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində həlak olan və əlil olan hərbi qulluqçulara sığorta ödənişləri həyata keçirmək üçün hər ay 1000 dram (təqribən 3,60 AZN) məcburi vergi ödənişlərinin olması barədə qanun layihəsinin müzakirələri davam edib. 

Ermənistan parlamentində həlak olan və əlil olan hərbi qulluqçulara sığorta ödənişləri həyata keçirmək üçün hər ay 1000 dram (təqribən 3,60 AZN) məcburi vergi ödənişlərinin olması barədə qanun layihəsinin müzakirələri davam edib


“Report” news.am-a istinadən xəbər verir ki, “İrs” partiyasından olan deputat Zaruhi Postancyan çıxışı zamanı bu ölkənin müdafiə naziri Viqen Sarkisyanı tənqid edib: “Viqen Sarkisyanın həyat yoldaşı qısa vaxtda milyonçuya çevrilib. İndi bu milyonçu qadın da, əhalinin kasıb olan əsas hissəsi də eyni qaydada 1000 dram ödəməlidir? Siz buna milli vergi demək istəyirsiniz? Xeyr, bu milli vergi deyil, bu dilənçilikdir”.

Z.Postancyan vurğulayıb ki, bu fonda toplanılacaq vəsait gələcəkdə baş verə biləcək hadisələr zamanı ölən və əlil olan hərbçilərə şamil ediləcək: “Müdafiə naziri Viqen Sarkisyan bu qanunun nizamnamə qaydalarının pozulması zamanı həlak olan və yaralananlara şamil edilməyəcəyini bildirib. Halbuki 1996-cı ildən indiyədək rəsmi məlumatlara görə qeyri-döyüş şəraitində 950, qeyri-rəsmi məlumatlara görə 2000-dək hərbçi ölüb. Biz itkilərə məruz qalmışıq, indi də prezident Sarqsyan bizə dilənçiliklə müşayiət olunan qanun layihəsi təqdim edib”.

Postancyan bu layihənin ayıb olduğunu və hamını qanun layihəsinin əleyhinə səs verməyə çağırıb: “Müddətli hərbi xidmət qulluqçularının 4000 dram (təqribən 14,60 AZN) aylıq məvacib almaq hüquqları var. Ancaq bu vəsait onların heç birinə ödənilmir. Onlar sadəcə qol çəkir və bu pullar hesabına həmin generallar, komandirlər varlanırlar. Valideynlər hər ay övladlarına bağlamalar göndərir. Bunu sübut edən çox sayda valideyn müraciətləri var”.

TİA.AZ