Ermənistan İstintaq Komitəsi əsgər Karen Avetisyanın ölümü ilə bağlı məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi əsgər Karen Avetisyanın ölümü ilə bağlı məlumat yayıb.
TİA.AZ azVision.az-a istinadən xəbər verir ki, məlumatda hərbçisi Karen Avetisyanın çənə nahiyəsindən aldığı güllə yarasından öldüyü qeyd olunub.
Bildirilib ki, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib.
Bundan başqa aprelin 26-də Ermənistanın Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin mühəndis xidmətinin rəisinin cəsədi aşkar edilib Saat 08:00 radələrində Nor Norkun 5-ci massivində 41 XV 001 nömrəli “Nissan March” avtomobilində cəsəd tapılıb.
Aydınlaşıb ki, ölən şəxs İrəvan şəhər sakini 31 yaşlı Armen Tsaduryandır. İlkin məlumatalara görə, o infarkt nəticəsində həyatını itirib.
Məlumatalara görə, mayor Tsoduryan Nubaraşen hərbi hissəsində mühəndis xidmətinin rəisi vəzifəsində xidmət edib.