Qarabağda yaşayan ermənilərin Xankəndini tərk etməsiu davam edir. Dünən dövbəti dəfə bir qrup erməni “tələbə” adı ilə Qarabağdan çıxıb.
Tribunainfo.az yazır ki, siyasi şərhçilərin sözlərinə görə, qrup halında Qarabağı tərk edən şəxslər hərbçilərdir. Onları Xankəndindən müxtəlif adlarla çıxarırlar.
Analitik Əziz Əlibəylinin fikrincə, Ermənistan ordusu Qarabağdan çıxır:
“183 nəfər mülki şəxs Laçın yolundan keçib, bunlar mülkidirsə, mən də kosmonavtam. Bunlar muzdlu deyil nədir? Saç, bədən, yaş… Həə, başa düşdük. Bu 2020-ci ildə Ağdərədə mühasirəyə düşmüş, Pasinyanin imzası ilə bir gecədə xilas olan 20 minlik erməni ordusunun qalıqlarıdır.
Rədd olub gedirlər, qalsaydılar, maraqlı olardı.
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, bu, “Bayraqdar”dan qaçışdır:
“Erməni hərbçilər İrəvanda “oxumağa” gedən “tələbə” adı altında Qarabağı tərk edir”.