Ermənistan parlamentində alternativ hərbi xidmətlə bağlı qanun layihəsinin müzakirəsi keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, həmin qanun layihəsinə əsasən hərbi xidmət keçmək istəməyənlər 50 min dollar pul ödəməklə bu istəklərini reallaşdıra biləcəklər.
“Ana Ermənistan” Partiyasının funksioneri Arşak Sarkisyan bu barədə deyib ki, Paşinyanın partiyası ordunu kasıb ailələrin uşaqları olan hərbi hissələrə çevirməyə çalışır. “Varlı balalarından 50 min dollar alıb, onları hərbi xidmətdən uzaq tutmağa çalışırlar”.
Fərda Uğur