“Ermənistan ordusu demillitarizasiya ediləcək”

“Ermənistan ordusu demillitarizasiya ediləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumətin əsas nümayəndələrindən biri təkid edirdi ki, biz Azərbaycanın şərtləri ilə müqavilə bağlamalıyıq, çünki ordumuzun Azərbaycana qarşı döyüşmək şansı yoxdur”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

O bildirib ki, Ermənistan ordusunun 2027-ci ilə qədər peşəkar ordu modelinə keçməsi inandırıcı deyil. “Çünki bu istiqamətdə bütün proqramlar müqaviləli işçilərin sayının artırılmasını təmin etmədi və təmin etməyəcək”.

Abramyan hesab edir ki, Ermənistan ordusunun peşəkar orduya çevrilməsinin demillitarizasiya ilə əlaqəli ola bilər. “Son aylarda Azərbaycan Ermənistan ordusunun demilitarizasiyası ideyasını irəli sürür ki, bu da təkcə silah və hərbi texnikanın deyil, həm də şəxsi heyətin əhəmiyyətli dərəcədə ixtisarını nəzərdə tutur. Yeni qanunda isə hərbi xidmət müddətinin 1 ildən 6 aya endiilməsi nəzərədə tutulur. Qorxum bundandır”.