Ermənistan: nikahda azalma, boşanmada artım var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda 2963 boşanma qeydə alınıb
 

2017-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda 2963 boşanma qeydə alınıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti belə hesabat yayıb.

Rəsmi açıqlamaya əsasən, hər 1000 nikaha 263-ü boşanma düşür. 2016-cı ilin 9 ayı ilə müqayisədə boşanmalar 10,5% çoxalıb.

Ermənistanda 2017-ci ildə 11265 nikah qeydə alınıb. Bu, 2016-cı illə müqayisədə 7% azdır.

Bu il ölkədə əhalinin orta yaş həddi 36,2-dir, ötən il isə orta yaş 35,9 təşkil edib. Kişilərin orta yaşı 34,3 (2016-cı ildə 34,1 yaş olub), qadınların orta yaşı 38-dir (2016-cı ildə 37,6 yaş olub).