Ermənistan müxalifətinin məntiqsizliyi

Ermənistan müxalifətinin məntiqsizliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti bu ilin aprelindən etibarən başlatdığı etiraz aksiyaları nəticə vermədiyindən, yeni bir varianta əl atmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət Qarabağdan könüllü köçmüş ermənilərin səs vermə hüququnun tanınması məsələsindən gedir.

Erməni müxalifəti bununla bağlı parlamentə qanun layihəsi təqdim edib. Həmin layihədə qeyd edilir ki, Qarabağdan könüllü köçmüş ermənilər Ermənistanda keçirilən seçkilərdə iştirak etməli, seçib və seçilmək hüququna malik olmalıdır. Deputat Artsvik Minasyan bununla bağlı deyib ki, Ermənistanda seçki hüququ məsələsi müzakirə edilib. “Lakin hələ də həll yolu yoxdur”.

P.S. Maraqlıdır, erməni müxalifəti davamlı olaraq bağırır ki, bəs, Qarabağdan könüllü olaraq köçmüş erməniləri qondarma “dqr”in “vətəndaşları”dır və onlara Ermənistan vətəndaşlığı vermək olmaz. Bunu da onunla əsaslandırırlar ki, guya, həmin erməniləri gec-tez Xankəndinə qayıdacaqlar. Və əgər onlar Ermənistan vətəndaşı olarlarsa, Azərbaycan onları qəbul etməyəcək.

İndi isə ortaya atıblar ki, bəs, həmin erməniləri Ermənistanda səsvermə hüququna malik olmalıdırlar. Özləri nə istədiklərini bilməyən erməni müxalifətinin belə məntiqsiz addım atmasının yeganə səbəbi odur ki, seçkilərdə əlavə səs toplaya bilsinlər. Əks təqdirdə, 2026-cı ildə yenidən Paşinyana məğlub olacaqlarını yaxşı bilirlər.