Ermənistan mülki təyyarələri Azərbaycan hava məkanından niyə istifadə etmir?

Ermənistan mülki təyyarələri Azərbaycan hava məkanından niyə istifadə etmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ işğal dövründə Azərbaycan hava səmasını Ermənistan mülki aviasiya üçün açmışdı.

Tribunainfo.az xəbər verir ki, “Çikaqo konvensiyası”na əsasən Bakının atdığı bu addım humanizm kimi qəbul edilib.

Lakin Ermənistan tərəfi II Qarabağ savaşı bitdikdən xeyli sonra bu addımı atıb ki, hazırda Naxçıvana uçuşlar bu ölkənin hava məkanından istifadə etməklə həyata keçirilir.

Ermənistanın Mülki Aviasiya Komitəsi Azərbaycanın hava məkanını mülki təyyarələr üçün açıq saxladığını etiraf edib. Lakin bu istiqamətdən istifadə etmədiklərini qeyd edib. Qurum açıqlamasında deyib ki, məsələnin onlarla əlaqəsi yoxdur. “Nəzəri olaraq Azərbaycanın səması açıqdır. Amma Ermənistan təyyarələri oradan uçmur. Bu yerli şirkətlərin daxili qərarları ilə bağlıdır”.

Fərda Uğur