“Ermənistan müharibəyə hazır olmalıdır”

“Ermənistan müharibəyə hazır olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə 44 gün davam etmədi, sentyabrın 27-də başlamadı və noyabrın 10-da bitmədi. Biz hələ də müharibə vəziyyətindəyik”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan deyib.

O bildirib ki, erməni cəmiyyət müharibəyə hazır olmalıdır.

Kerobyan onu da iddia edib ki, demarkasiya və sərhədin müəyyənləşdirilməsi Azərbaycanın xeyrinə birtərəfli güzəştlərin gizli yoludur.