Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəis müavini dövlətə 500 min dollar ödəyəcək – SƏBƏBbackend

Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəis müavini dövlətə 500 min dollar ödəyəcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş yüksək rütbəli hərbçi qanunsuz əmlakı qaytarmaq üçün dövlətlə razılığa gəlib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan dövlətə 200 milyon dram (təxminən 500 min dollar) ödəyəcək, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunur ki, keçmiş məmurla nəzarət qurumu arasında qanunsuz əmlakın dövlətə qaytarılması ilə bağlı barışıq sazişi bağlanıb.
Hələ 2020-ci ilin oktyabrında prokurorluq Mirzəbekyanın əmlakının mənşəyini yoxlamağa başlamaq qərarına gəlib. Daha sonra ondan və onunla əlaqəli şəxslərdən 5 daşınmaz əmlakın, bir nəqliyyat vasitəsinin, 12 bank əmanətinin və 74 milyon dramın dövlətə qaytarılması tələb edilib.

Qeyd edək ki, Mirzəbekyan 2007-2016-cı illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb və logistika sahəsinə nəzarət edib.