ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir”. Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəis müavini məlumat verib.

Ermənistan müdafiə nazirinin müavini Türkiyə-Azərbaycan münasibətləri kontekstində təhlükənin olub-olmaması sualına cavab verməyib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Milli Assambleyada jurnalistlərə bildirib.

“Deyə bilərəm ki, hazırda sərhəddə vəziyyət nisbətən sabitdir. Gəlin bununla məhdudlaşaq”, – rəsmi bildirib.

O, bu günlərdə baş tutan Türkiyə-Azərbaycan təlimlərinin Ermənistan üçün təhlükə olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.
Sarkisyan bildirib ki, Müdafiə Nazirliyi mətbuatla açıq və şəffaf işləyir, hadisələrin istənilən inkişafı zamanı ictimaiyyəti məlumatlandıracaq.