Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının sabah Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan müsahibəsində bildirib.
Qeyd edək ki, Ermənistan Xarici Siyasət Departamentinin rəhbəri Ararat Mirzoyan da məlum olduğu kimi, KTMT sammiti ərəfəsində keçiriləcək xarici işlər nazirlərinin sessiyasında iştirak etməyəcək.