Ermənistanın Müdafiə nazirinə məxsus maşın qəzaya düşüb.
Ermənistanın Müdafiə nazirinə məxsus maşın qəzaya düşüb.
TİA.AZ erməni mediasına istinadən xəbər verir ki, hadisə Syuniksk vilayətində baş verib. Məlumatda qeyd edilir ki, İrəvan-Mehri avtomobil yolunda baş verən qəza zamanı avtomobil aşıb və təxminən 40 metr dərəyə yuvarlanıb. Nəticədə iki nəfər – sürücü və bir sərnişin yerindəcə keçinib. Bildirilir ki, ölənlər müdafiə naziri Viqen Sarkisyanın təhlükəsizliyini qoruyan şəxslər olub.
Hadisə baş verən zaman nazir maşında olmayıb.