ŞUŞA VƏ XOCAVƏNDDƏ ATIŞMA: RUS-ERMƏNİ BİRLƏŞMƏSİNİN MƏKRLİ PLANI – ŞƏRHbackend

ŞUŞA VƏ XOCAVƏNDDƏ ATIŞMA: RUS-ERMƏNİ BİRLƏŞMƏSİNİN MƏKRLİ PLANI – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 21-də atəşkəs rejimi pozulub. Tribunainfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edib. Rəsmi xəbərə görə, Ermənistan tərəfinin itkisi yoxdur. Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.
Qeyd edək ki, Rusiya sülhməramlıları Qarabağın Xocavənd və Şuşa rayonlarında atəşkəs rejiminin iki dəfə pozulması faktını qeydə alıblar. Rusiya Müdafiə Nazirliyinin 21 may tarixli məlumat bülleteninə əsasən, Rusiya hərbi komandanlığı Ermənistan və Azərbaycan tərəfi ilə birlikdə insidentlərlə bağlı araşdırma aparır.

Məsələyə münasibət bildirən siyasi şərhçi Ramiyə Məmmədova Ermənistan MN-nin yalan xəbər yaydığını qeyd edib. Onun fikrincə, qarşı tərəf informasiya müharibəsi aparır və məqsədli şəkildə Bakını təqsirkar çıxarmağa can atır. Ekspert hesab edir ki, burada əsas hədəf bölgədə gərginliyin olduğu təsəvvürü yaratmaqdır: “Rusiya hərbçilərinin Qarabağdan getmək zamanı yaxınlaşdıqca belə təxribatların sayı artacaq. Digər tərəfdən, mayın 25-də Moskvada liderlərin görüşü gözlənilir. İndidən gərgin ab-hava yaradılmasına cəhd edilir”.

Dəniz