Ermənistan məcbur qalıb Azərbaycanın təklifini qəbul edəcək – Analitikbackend

Ermənistan məcbur qalıb Azərbaycanın təklifini qəbul edəcək – Analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı məsələ yenidən aktuallaşıb. Azərbaycan İran üzərindən keçməklə Naxçıvana gediş-gəliş üçün Araz yolunu razılaşdırıb. Məhz İranın etibarlı tərəfdaş olmaması Azərbaycanı Zəngəzurdan imtina etməməyə sövq edir.

Tribunainfo.az yazır ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Ermənistan İranla Azərbaycan arasında razılaşmanı Zəngəzur yolunda tətbiqini təklif edir. İrəvan hesab edir ki, maneəsiz giriş-çıxışın tətbiqi Azərbaycanla Türkiyə arasında hərbi daşımalara gətirib çıxara bilər:

“Ermənistan Naxçıvana bu yoldan hərbi yüklər daşınmamasını tələb edə bilər. Prinsipcə bu məsələlər növbəti mərhələdə öz həllini tapa bilər. Həmçinin Türkiyənin Mərkəzi Asiya ilə əlaqələri inkişaf edəcək. Ona görə də N. Paşinyan Vaşinqton və Parisin təlimatı ilə əldə olunan razılaşmaya getmir.
Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarətini də qəbul etmir. Əgər Azərbaycan maneəsiz giriş -çıxış tələb edirsə, Rusiyanın FTX nəzarətini də qəbul etmir. Müəyyən dairələr və şəxslər Azərbaycanın məhz Rusiyanın Zəngəzur dəhlizində nəzarət etməsində maraqlı olduğu üçün Ermənistanın şərtləri ilə razılaşmır kimi tezislər ortaya atır. Halbuki prezident İlham Əliyev bu məsələnin Ermənistan və Rusiya arasında problem olduğunu vurğulayır. Azərbaycan heç bir ölkənin, həm də Ermənistanın özünün nəzarət etməsinə qarşıdır”.

M.Əsədullazadə bildirib ki, Ermənistan rəhbərliyi məcbur qalıb sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın təklifi ilə razılaşa bilər:

“Təbii ki, Zəngəzur yolunda təhlükəsizliyə cavabdeh Rusiya deyil, Ermənistan olacaq. Azərbaycan bu ərazidə Ermənistanın suverenliyini qəbul edir. Ermənistan Naxçıvana bu yoldan hərbi yüklər daşınmamasını tələb edə bilər. Prinsipcə bu məsələlər növbəti mərhələdə öz həllini tapa bilər”.