Ermənistan MDB-dən çıxacaqmı?

Ermənistan MDB-dən çıxacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva MDB-də parçalanma əlamətləri görmür”. Tribunainfo.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti agentliyinə müsahibəsində Ermənistanın Moldovadan nümunə götürüb Birlikdən çıxmaq barədə düşünə bilərmi sualına cavab verərkən deyib. Diplomat qeyd edib ki, Ermənistan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və Birlikdə maraqlı iştirakçıdır.

“Müəyyən mərhələdə İrəvanın MDB platformasında fəallığının azalması həqiqətən də müşahidə olunub, lakin ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar. Erməni tərəfi təşkilatın 2023-cü il oktyabrın 13-də Bişkekdə keçirilmiş sammitinin əksər qərarlarına qoşulub və Millətlər Birliyinin nizamnamə orqanlarının ötən il qəbul edilmiş, demək olar ki, bütün birgə bəyanatlarını dəstəkləyib”, – diplomat bildirib.

Dəniz Pənahova