Ermənistan Cənubi Koreyadan ən müasir texnologiyalarla təhciz edilmiş və dağlıq şəraitə uyğunlaşırılmış tank almaq istəyir.
Tribunainfo.az xəbər verir ki, söhbət K2 “Qara Pantera” tanklarından söhbət gedir. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bununla bağlı Seula səfər edib. O, K2 tanklarının istehsalçısı olan “Hyundai Rotem” şirkətinin rəsmiləri və Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəndələri ilə görüşüb.
Qeyd edək ki, K2 tanklarının mühərrik hissələrinin əsas alıcıları sırasında Türkiyə də var. Ankara mütəxəssisləri “Altay” tanklarının daşıyıcısı kimi Koreya şirkətinin istehsal etdiyi motordan yararlanır.