Ermənistan kirayənişinə oxşayır – Erməni nəşribackend

Ermənistan kirayənişinə oxşayır – Erməni nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son günlər müzakirə olunan məsələlərdə biri də əhalinin təhlükəsizliyinin təmini və ölkənin gələcəyinin olmaması ilə bağlıdır.

Tribunainfo.az xəbər verir ki, “Hraparak” qəzeti bu mövzuda ard-arda bir neçə məqalə dərc edib. Jurnalist Avetis Babacanyan yazıb ki, Ermənistan hakimiyyəti əhalinin təhlükəsizliyini qorumaq gücündə deyil. O qeyd edib ki, Qarabağda baş verən hadisələrdən sonra bu tam aydın ortaya çıxıb. “Ona görə də, hamı öz başının çarəsinə baxsın”.

“Hraparak” qəzeti bir başqa məqaləsində bildirir ki, bu gün Ermənistanın dövlətçiliyini itirmək ərəfəsində olduğumuz bir vaxtda Azərbaycanın dünyaya təqdim etdiyi fikirlər və tələblərə İrəvan hökuməti tərəfindən heç bir reaksiya verilmir. “Sanki Ermənistan Azərbaycanın evində kirayədə yaşayır və ev sahibi hər gün müddətin bitdiyini xatırladır”.